Massimiliano Alleqri mövsümün sonunda "Milan"dan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
İtaliyalı mütəxəssislə klub rəhbərliyi arasında transfer siyasəti ilə bağlı fikir ayrılığı var. Alleqri komanda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə yay transfer pəncərəsində heyətin ciddi şəkildə gücləndirilməsini klub rəhbərliyindən tələb edəcək.
Əgər rəhbərlik onun tələblərini yerinə yetirə bilməsə, baş məşqçi müqaviləni pozmaq variantını nəzərdən keçirə bilər. Alleqrinin klubla sözləşməsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Qeyd edək ki, "Milan" İtaliya A Seriyasında 32 turdan sonra 63 xal toplayıb və turni cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda lider "İnter"dən 12 xal geri qalır, ikinci pillədə yer aln "Napoli" ilə fərq isə cəmi 3 xaldır.












