14 Aprel 2026, 15:29
FUTBOL
"Napoli"nin yarımmüdafiəçisi Stanislav Lobotka A Seriyasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
"Yuventus" slovakiyalı futbolçunu transfer etmək istəyir. "Ağ-qaralar"ın baş məşqçisi Luçano Spaletti Lobotkanın xidmətində maraqlıdır. 31 yaşlı dayaq yarımmüdafiəçisinin keçidinin 20-25 milyon avroya gerçəkləşmək ehtinalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Stanislav Lobotka bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə keçirdiyi 35 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Onun Nepaol təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır.












