14 Aprel 2026, 16:51
FUTBOL
"Brügge"nin müdafiəçisi Xoel Ordones karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
"İnter" ekvadorlu futbolçunu transfer etmək istəyir. Belçika klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün təxminən 35-40 milyon avro tələb edəcək.
Qeyd edək ki, Xoel Ordones bu mövsüm "Brügge"nin heyətində bütün turnirlərdə keçirdiyi 38 oyunda 4 qol vurub.












