14 Aprel 2026, 17:33
FUTBOL
"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Lorentso Pelleqrinini komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi artıq italiyalı futbolçu ilə yeni sözləşmə barədə danışıqlara başlayıb.
Pelleqrini ilə İtaliya və İngiltərənin bir neçə klubu maraqlanır. 29 yaşlı hücumameyilli yarımmüdafiəçi hazırkı klubunda qalmağa isti yanaşır.
Qeyd edək ki, Lorentso Pelleqrini "Roma"nın yetirməsidir. İtaliya millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində keçirdiyi 33 oyunda 7 qol vurub, 4 qol ötürməsi edib.












