14 Aprel 2026, 17:59
FUTBOL
"Atalanta"nın müdafiəçisi Lorentso Bernaskoni A Seriyasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
"Yuventus" italiyalı futbolçunu transfer etmək istəyir. Berqamo təmsilçisi 22 yaşlı sol cinah müdafiəçisi üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, Lorentso Bernaskoni bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 35 oyunda 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.












