"Mançester Siti" "Palmeyras"ın 16 yaşlı vingeri Eduardo Konseysaonu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Bildirilir ki, gənc futbolçu ilə PSJ, "Çelsi" və "Barselona" da maraqlanır. Lakin ingilis klubu rəqiblərini qabaqlamağa çalışır.

"Mançester Siti" bu transfer üçün təxminən 40 milyon avro ödəməyə hazırdır. Lakin oyunçu 18 yaşına çatana qədər Avropaya keçə bilməyəcəyi üçün "Palmeyras" satış üçün tələsmir.

Qeyd edək ki, hazırda Braziliya U-17 yığmasında çıxış edən Konseysaonun turnirdən sonra əsas komandaya cəlb olunacağı gözlənilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest