"Atletiko"nun hücumçusu Antuan Qrizmann UEFA Çempionıar Liqası yarımfinal mərhələsinin "Arsenal"la cavab oyunu öncəsi gözləntilərini bölüşüb.
Matc.az xəbər verir ki, fransalı hücumçu komandada özünəinamın yüksək səviyyədə olduğunu deyib:
"Bu oyunu səbirsizliklə gözləyirəm. Möhtəşəm qarşılaşma və əla təcrübə olacaq. Ümid edirəm ki, düzgün yanaşma nümayiş etdirə və təzyiqin öhdəsindən gələ biləcəyik. Finalın bir addım uzaqlığındayıq. Komanda bunu anlayır. Oyundan əvvəl özümüzə inamımız yüksəkdir. Çempionlar Liqasının oyunları həmişə fərqli və həyəcanlı olur. Uşaqlıqdan bu matçları izləməyim mənə çox kömək edib. Çox danışan biri deyiləm, sadəcə insanların məndəki həvəs və sevinci görməsini istəyirəm. Mənim üçün ən vacibi komanda yoldaşlarıma kömək etməkdir. Koke sözləri ilə liderlik edir, mən isə hərəkətlərimlə. Hər dəfə Çempionlar Liqasına başlayanda kuboku başınız üzərinə qaldırdığınızı təsəvvür edirsiniz. Buna cəmi iki oyun qalıb".
Qeyd edək ki, "Arsenal" - "Atletiko" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.












