"Arsenal" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab matçı çərçivəsində doğma meydanda "Atletiko" ilə üz-üzə gələcək.

Matc.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta oyundan əvvəl açıqlama verib. İspaniyalı mütəxəssis finala yüksəlmək istədiklərini deyib:

"Oyunu səbirsizliklə gözləyirəm. Komandanın daxilində və azarkeşlərimizdə olan enerjini hiss edirəm. Məhz belə anları birlikdə yaşamaq istəyirik. Klub və komanda olaraq 20 ildən sonra yenidən bu mərhələyə çatmaq üçün böyük iş görmüşük. Qalib gələrək finala yüksəlmək üçün çox istəkliliyik. İlk oyunda inanılmaz atmosfer var idi. Bu, indiyə qədər gördüyüm ən yaxşı atmosferlərdən biri idi. Orada oynamaq möhtəşəm idi. Bu anı yenidən azarkeşlərimizlə birlikdə yaşamaq və finala yüksəlmək üçün həqiqətən xüsusi bir şey yaratmaq üçün səbirsizlənirəm".

Qeyd edək ki, "Arsenal" - "Atletiko" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar araslnda Madriddə baş tutan ilk görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest