"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İspaniya La Liqa sında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Real" Türkiyə millisinin üzvünün xidmətində maraqlıdır. "Kral klubu"nun prezidenti Florentino Peres Kenanın transferini istəyir. Madrid təmsilçisi 20 yaşlı vinger üçün yayda hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 11 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest