23 Noyabr 2026, 11:33
FUTBOL
“Barselona” “Vilyarreal” üzərində əzmkar qələbədən (3:2) sonra Çempionlar Liqasındakı növbəti oyunu üçün Azərbaycana gəlir. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi bu gün Bakı vaxtı ilə saat 16:00-da Josep Tarradellas hava limanından Bakıya uçacaq. Komandanın Bakıya saat 21:10 üçün çatması planlaşdırılır.
Prezident Joan Laportanın da yer aldığı nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan “Ritz-Carlton” hotelinə yollanacaq. “Barselona” Bakıda həmin hoteldə məskunlaşacaq.
Uzun sürən (5 saat) uçuş və İspaniya ilə Azərbaycan arasındakı 3 saatlıq vaxt fərqi səbəbindən komanda bu gün məşq keçirməyəcək. Baş məşqçi Hans-Diter Flik futbolçuların sabah saat 17:00-da Bakı Olimpiya Stadionunda məşq etməsini planlaşdırıb.
Məşqdən əvvəl Flik və komandanın bir futbolçusu mətbuat konfransında iştirak edəcək.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində noyabrın 25-də Bakıda “Sabah”la qarşılaşacaq. Görüş Bakı Olimpiya Stadionunda saat 18:45-də başlayacaq.













