“Kəpəz”in müdafiəçisi Əli Səmədov Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçunun yubileyi Misli Premyer Liqasının XII turunda “Qarabağ”a qarşı keçirilən ev oyununa təsadüf edib.
 
Səmədov indiyədək çempionatda keçirdiyi 100 oyunda 1 qola imza atıb.
 
2015/2016 mövsümündə Premyer Liqada debüt edən müdafiəçi karyerası ərzində iki klubun formasını geyinib. O, “Kəpəz”in heyətində 86 oyuna çıxaraq 1 qol vurub. “Şamaxı”da isə 14 matçda meydana çıxıb.
 
Qeyd edək ki, Əli Səmədov Azərbaycan Premyer Liqası tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest