15 May 2026, 11:24
DÇ-2026
Yaponiya milli komandasının DÇ-2026 üçün heyəti açıqlanıb.
Matc.az xəbər verir ki, komandanın liderlərindən olan Kaoru Mitoma 26 nəfərlik heyətə daxil edilməyib.
"Brayton"da çıxış edən 28 yaşlı vinger İngiltərə Premyer Liqasının XXXVI turunun "Vulverhempton"la matçında (3:0) bud əzələsindən zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Kaoru Mitoma bu mövsüm "Brayton"un heyətində keçirdiyi 27 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.













