"Atletiko"nun hücumçusu Antuan Qrizmann həftəsonu "Barselona"nın futbolçusu kimi təqdim oluna bilər. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, ulduz futbolçu kataloniyalılarla müqaviləni razılaşdırıb.
Anlaşmaya əsasən, Fransa millisinin üzvü yeni komandası ilə 5 illik müqavilə bağlayacaq. Onun maaşı ilk iki ildə 18 milyon, üçüncü ildə 21, dördüncü ildə 23, son ildə isə 25 milyon avro olacaq. 28 yaşlı forvard 5 il ərzində 105 milyon avro əldə edəcək.
Bu transferin "Atletiko"ya 120 milyon avro qazandırması gözlənilir.