Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa Liqasında keçirdiyi ilk oyunundan məğlub ayrılıb.

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa Liqasında keçirdiyi ilk oyunundan məğlub ayrılıb.

Matc.az xəbər verir ki, baş məşqçi Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv İsveçdə təşkil olunan qarşılaşmada Yunanıstan yığması ilə üz-üzə gəlib.

Görüş rəqib komandanın 3:0 (25:20, 25:22, 25:7) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, voleybolçularımız turnirdəki növbəti oyununa sabah çıxacaq. Millimizin rəqibi ev sahibi İsveç komandası olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest