27 Oktyabr 2018, 19:56
MPL
Topaz Premyer Liqasının IX turunun "Sumqayıt" – "Qəbələ" görüşündə qalmaqal yaşanıb. Matç.az saytı xəbər verir ki, görüşün 90-cı dəqiqəsində qonaqların cərimə meydançasında futbolçular arasında çaxnaşma düşüb.
Belə ki, meydan sahiblərinin oyunçusu Qvanzav Maqomedovla qonaqların müdafiəçisi Bəhlul Mustafazadənin top uğrunda mübarizəsi gərginliklə müşayiət olunub. Futbolçular arasında düşən davaya müdaxilə edən hakim Orxan Məmmədov iki qırmızı vərəqə və bir neçə sarı vərəqə göstərib.
Bəhlul Mustafazadə meydandan qovulubsa, digər qırmızı ehtiyat oyunçular skamyasında əyləşən Rauf Əliyevə göstərilib.
Bu üzdən ikinci hissəyə 8 dəqiqə artırılıb.