2026-cı ilin futbol üzrə dünya çempionatı unikal bir tarixi nailiyyətlə yaddan qalan olub. Turnirin tarixində cəmi üçüncü dəfədir ki, yarımfinala yüksələn hər 4 komanda əvvəllər bu titula sahib çıxmış yığmalardır.
Matc.az xəbər verir ki, bu barədə "UOL Esporte" nəşri məlumat yayıb.
Bildirilir ki, analoji hadisə əvvəllər cəmi iki dəfə qeydə alınıb. 1970-ci ildə Braziliya, Uruqvay, İtaliya və Almaniya, 1990-cı ildə isə Argentina, İtaliya, İngiltərə və Almaniya güclülər "dördlüy"ünə yüksəlməyi bacarıb.
Xatırladaq ki, cari dünya çempionatının 1/4 final mərhələsinin oyunlarından sonra yarımfinal cütləri artıq tam dəqiqləşib.
Fransa millisi Mərakeşi (2:0), "Furiya Roxa" isə Belçikanı (2:1) məğlub edib. Bu iki komanda iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da finalın ilk vəsiqəsi uğrunda mübarizə aparacaq.
Digər yarımfinal qarşılaşmasında isə İngiltərə və Argentina üz-üzə gələcək. Bu oyun iyulun 15-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Tomas Tuxelin yetirmələri Cud Bellinqemin dublu sayəsində Norveçdən üstün olublar (2:1). "Albiseleste" isə İsveçrə ilə əsas vaxtda bərabərə qalsa da, 72-ci dəqiqədən etibarən azlıqda qalan rəqibini əlavə vaxtda sıxışdırmağı bacarıb (3:1).












_1783806674.jpg)
