"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxır. Ağdam təmsilçisi Ukraynanın "Dinamo" (Kiyev) komandasının qonağı olacaq.
Matc.az xəbər verir ki, Ukraynadakı mövcud vəziyyətlə əlaqədar olaraq qarşılaşma Polşanın Lublin şəhərindəki "Lublin Arena"da təşkil olunacaq.
Bakı vaxtı ilə saat 21:00-da start götürəcək mübarizəni danimarkalı baş hakim Morten Kroq idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra keçiriləcək və bu cütün qalibi turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi
6 avqust
21:00. "Dinamo" – "Qarabağ"
Baş hakim: Morten Kroq
Baş hakimin köməkçiləri: Şteffen Bramsen, Viktor Skitte
Dördüncü hakim: Yakob Karlsen
VAR: Yakob Kehlet
AVAR: Yens Maae
Dəstək VAR hakimi: Lasse Lige
"Lublin Arena" stadionu (Lublin)













