Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" növbəti yoxlama oyununu keçirib. "Sarı-göylər" Gəncə stadionunda "Karvan"la qarşılaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Kəpəz"in heyətində qollara Kennet Kalunqa və Azuma Abubakar imza atıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest