Tanınmış ingiltərəli hücumçu Ceymi Vardi karyerasını Braziliyanın "San-Paulu" klubunda davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, "San-Paulu" Vardiyə rəsmi təklif göndərib. Hücumçunun karyerasını davam etdirmək üçün hazırda nəzərdən keçirdiyi daha bir neçə variantı var. 39 yaşlı ingiltərəli veteran futbolçu hələlik yekun qərarını verməyib.

Xatırladaq ki, Vardi hazırda azad agent statusundadır. Onun İtaliyanın "Kremoneze" klubu ilə müqaviləsinin müddəti iyulun əvvəlində başa çatıb. Ötən mövsüm o, bütün turnirlərdə meydana çıxdığı 29 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest