Lautaro Martines "Napoli"yə qarşı keçirilən oyunda 2 qol vuraraq, komandanın tarixindəki ən yaxşı bombardirlərin siyahısında üçüncü pilləyə yüksəlib.

"İnter"in argentinalı hücumçusu Lautaro Martines A Seriyasının 3-cü turunda "Napoli"yə qarşı keçirilən oyunda 2 qol vuraraq, komandanın tarixindəki ən yaxşı bombardirlərin siyahısında üçüncü pilləyə yüksəlib.

Matc.az xəbər verir ki, bu barədə nüfuzlu "OptaPaolo" idman analitika şirkəti məlumat yayıb.

Bildirilir ki, argentinalı oyunçunun qolları Milan təmsilçisinin geri dönüş edərək 3:2 hesablı iradəli qələbə qazanmasına kömək edib. Qarşılaşmanın 56-cı dəqiqəsində fərqi minimuma endirən hücumçu, artıq əlavə olunmuş vaxtda (90+1) komandasına 3 xal qazandıran həlledici qola imza atıb.

Bu qollar 27 yaşlı forvardın İtaliya çempionatında "İnter"in heyətində vurduğu 133 və 134-cü qolları olub. Bununla da argentinalı ulduz əfsanəvi İştvan Nyerşə çatıb və klubun A Seriyası tarixindəki ən yaxşı bombardirləri siyahısında üçüncülüyü bölüşdürüb.

"İnter"in A Seriyasındakı ən yaxşı bombardirləri:

1. Cüzeppe Meatsa – 197 qol
2. Benito Lorensi – 138 qol
3. Lautaro Martines – 134 qol
3. İştvan Nyerş – 134 qol

Lautaro 2018-ci ilin yayından "İnter"də çıxış edir. Onun İtaliya nəhəngi ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-na qədərdir. "Transfermarkt" portalı oyunçunun dəyərini 85 milyon avro qiymətləndirir.

Qeyd edək ki, "Napoli" "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir. Təmsilmizi İtaliyanın klubu ilə növbəti il yanvarın 20-də Bakıda üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest