Topaz Premyer Liqasının IX turunun "Neftçi" – "Qarabağ" oyunu Məhəmməd Mirzəbəyov üçün uğursuz alınıb. Matç.az saytı xəbər verir ki, təcrübəli müdafiəçi oyunun əvvəlində zədələnib.

O, top uğrunda mübarizə zamanı xəsarət alıb. Bu üzdən də milliləşən legioner artıq 11-ci dəqiqədə əvəzlənib.

Meydanı axsayaraq, həkimlərin köməyilə tərk edən müdafiəçinin əvəzinə oyuna Tural Axundov daxil olub. Məhəmməd isə ilkin yardımın davam etdirilməsi üçün paltardəyişmə otağına aparılıb.

Qeyd edək ki, "Neftçi" bu epizoddan 1 dəqiqə əvvəl Abbas Hüseynovun avtoqolu ilə hesabda önə keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest