Topaz Premyer Liqasının IX turunun "Neftçi" – "Qarabağ" oyunu meydan sahiblərinin məşqçilər korpusunda yaşanan olayla diqqət çəkib. Matç.az saytı xəbər verir ki, ilk hissənin ortalarında "ağ-qaralar"ın məşqçisi Füzuli Məmmədov texniki zonadan meydana yaxınlaşaraq futbolçulara öz göstərişlərini verib.

Köməkçisinin bu hərəkəti baş məşqçi Roberto Bordinin xoşuna gəlməyib. İtaliyalı Məmmədova sərt şəkildə keçib yerində oturmasını tapşırıb. Bordin bunu özünün texniki zonada olması ilə əsaslandırıb.

Bu addım da başadüşüləndi. çünki texniki zonadan yalnız bir şəxsin göstəriş verməsi qəbul olunub.

Baş məşqçinin xəbərdarlığı o qədər sərt alınıb ki, ikinci qolu qeyd etmək üçün ehtiyat oyunçular ayağa qalxdığı anda da Məmmədov yerindən tərpənməyib.

Qeyd edək ki, "Neftçi" hazırda 2:0 hesabı ilə öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest