“Barselona” klubu gənc yarımmüdafiəçisi Brayan Fariñasla müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi 20 yaşlı futbolçu ilə əməkdaşlığı 2031-ci ilin iyun ayına qədər davam etdirməyi planlaşdırır.

Məlumata görə, klubun idman direktoru Deku futbolçunun nümayəndələri ilə danışıqlar aparıb. Tərəflər ilkin razılığa gəliblər. Müqavilənin rəsmiləşdirilməsi ilə bağlı son detalların isə milli komandaların oyunları üçün yaranan fasilədən sonra həll olunması gözlənilir.

“Barselona” rəhbərliyi yeni müqavilə ilə futbolçunun maliyyə şərtlərini yaxşılaşdırmaq və sərbəstqalma məbləğini artırmaq niyyətindədir. Hazırda onun müqaviləsində 15 milyon avroluq sərbəstqalma bəndinin olduğu bildirilir.

Qeyd edək ki, Fariñas 2018-ci ildən “Barselona”nın akademiyasında çıxış edir. Hansi Flikin rəhbərliyi altında əsas komandaya yüksələn futbolçu oktyabrın 31-də “Alaves”lə qarşılaşmada debüt edib. Həmin görüşdə kataloniyalılar 6:1 hesablı qələbə qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest