15 Noyabr 2026, 17:48
FUTBOL
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İraq yığması ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan millimiz hazırlığın ikinci mərhələsini noyabrın 16-dan etibarən Bakıda davam etdirəcək.
Komandalar arasında ilk qarşılaşma noyabrın 17-də Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək. Görüş saat 19:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
İkinci oyun isə noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Saat 16:00-da start götürəcək matçı “CBC Sport”un YouTube kanalından canlı izləmək mümkün olacaq.
Qeyd edək ki, U-20 millimiz noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışındadır.











