15 Noyabr 2026, 21:27
FUTBOL
Şimali irlandiyalı qolfçu Rory Makilroy DP World Tour mövsümünü növbəti tarixi uğurla başa vurub. Matc.az xəbər verir ki, idmançı Dubayda keçirilən DP World Tour Championship turnirində ikinci yeri tutaraq mövsümün yekun reytinqində birinci olub.
Beləliklə, Makilroy karyerasında səkkizinci dəfə “Race to Dubai” çempionu adını qazanıb. O, bu göstəricidə Kolin Montqomerinin rekorduna şərik çıxıb.
Turnirin qalibi isə İngiltərə təmsilçisi Tayrell Hatton olub. O, yekun nəticədə rəqiblərini beş zərbə qabaqlayaraq çempionluğa yiyələnib.
Qeyd edək ki, Makilroy ardıcıl beşinci mövsümdür “Race to Dubai” titulunu qazanır.











