Özümüzü də özümüzə rəqib görürəm. Komanda məşq və oyunlarda 100 faiz işləsə, bəli, çempionluğa iddialıyıq. Ola bilər ki, bizdə alınsın. Amma bunu zaman göstərəcək.

"Gözəl oyun alındı, xoş anlar yaşadıq. Bu gün azarkeşlər də çox idi, futbol onlar üçündür. Daha çox gözləyirdik. Amma buna da, oyuna, nəticəyə və yerə də şükür".

Matç.az xəbər verir ki, bunu "Neftçi" klubunun prezidenti Kamran Quliyev Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ" üzərində 3:1 hesablı qələbəni şərh edərkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Əksəriyyət deyirdi ki, "Neftçi"nin əsil gücü bu oyunda bilinəcək. Komanda özünü ən yaxşı tərəfdən göstərdi?

- Bunu mayın ortalarında biləcəyik.

- "Qarabağ"ı məğlub etdiniz. çempionluq yolunda başqa hansı komandaları rəqib görürsünüz?

- özümüzü də özümüzə rəqib görürəm. Komanda məşq və oyunlarda 100 faiz işləsə, bəli, çempionluğa iddialıyıq. Ola bilər ki, bizdə alınsın. Amma bunu zaman göstərəcək. 

- Hesab sizin üçün gözlənilməz olmadı ki? Komandaların çoxu "Qarabağ"ın qapısına yol tapma bilmir, amma bu gün 3 top vurdunuz...

- Alındı da (gülür). Alınanda vurmaq olur. Nə bizim, nə də "Qarabağ"ın çox qol imkanı olmadı. İlk matç kimi deyildi, daha qapalı oyun idi. Biz daha çox müdafiəyəyönümlü taktika seçdik. Amma özünüz də gördünüz ki, ilk yarıda iki dəfə əks-hücumlarda qol vura bildik. Elə üçüncü qol da gözlənilmədən gəldi. "Neftçi" bu gün çox gözəl futbol oynadı. Bütün kollektivi, azarkeşlərimizi təbrik edirəm. Gözəl oyun və qələbənin şahidi olduq.

- Klubunuz həftəiçi sizin də fikirlərinizin yer aldığı videoçarx təqdim etdi. Bu ideya hardan gəldi?

- Bunu bizim media departamentindən soruşarsınız. Orada ürək sözümü demişəm. Hazırlanmış bir ssenari idi. ürək sözlərimi yazdım. Sağ olsunlar, hər şeyi peşəkar səviyyədə görüblər. Məncə, bu, yaxşı bir motivasiya idi. Tək mənim sözümlə yox, insanlar gəldilər. "Neftçi"li olmaqları ilə fəxr edirlər. Şərhlərə baxdım, yaxşı bir şey alındı. 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest