Yaponiyada təlim-məşq toplanışında olan "Barselona" ilə "çelsi" yoldaşlıq görüşündə üz-üzə gəlib. Matc.az saytının məlumatına görə, qarşılaşma Saitama şəhərində yerləşən eyniadlı stadionda keçirilib.

Kataloniya klubunun yeni transferləri Neto, Frenki de Yonq və Antuan Qrizmann da bu görüşdə iştirak edib. Oyun isə "çelsi"nin qələbəsi ilə nəticələnib. Hər hissədə bir dəfə fərqlənən londonlular meydanı qalib tərk edib. "Barsa"nın son dəqiqə qolu yalnız fərqin minimuma enməsi ilə nəticələnib.

 

Yoldaşlıq görüşü

23 iyul

"Barselona" (İspaniya) - "çelsi" (İngiltərə) - 1:2

Rakitiç, 90+1 - Abraham, 34; Barkli, 81

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest