"Barselona"nın hücumçusu Rafinya İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçiriləcək "Real"la oyun öncəsi rəqibin heyətindəki əsas hərəkətverici qüvvə olan iki futbolçunun adını açıqlayıb. Matc.az xəbər verir ki, o, Vinisius Junior və Federiko Valverdenin komandanın oyununda həlledici rol oynadığını bildirib.
Prinsipli qarşılaşma bu gün, oktyabrın 25-də, Barselonedakı "Spotify Camp Nou" stadionunda baş tutacaq. Matçı baş hakim Xuan Martines Munuera idarə edəcək.
"Federiko və Vinisius “Real”ın hərəkətverici qüvvəsidir. Onlar hansı mövqedə oynamalarından asılı olmayaraq, komandalarının xeyrinə böyük səy göstərən və çox çalışan futbolçulardır” - deyə, Rafinya bildirib.
Braziliyalı yarımmüdafiəçi xüsusilə Federiko Valverdenin çoxfunksiyalılığını vurğulayıb: "Yarımmüdafiədən hücuma qoşula bilir, həmçinin cinah müdafiəçisi kimi çıxış edərkən komandaya çoxsaylı seçimlər təqdim edir. Bir sözlə, o, həm yarımmüdafiədə əla səviyyədə oynayan, həm də cinahlarda parlayan fantastik oyunçudur".













