“Komanda ilk 9 turda cəmi 2 xal toplayıb və sonuncu pillədədir. “Araz-Naxçıvan” hazırda yüksək liqanı tərk etməyə ən real namizəd kimi göstərilir. Görünür, Maksimov da orada heç nəyi dəyişə bilmir.

Ukrayna mətbuatı Yuri Maksimovun Azərbaycandakı ikinci dönəmi ilə bağlı məqalə hazırlayıb. Matc.az xəbər verir ki, həmkarlarımız 57 yaşlı mütəxəssisin “Araz-Naxçıvan”dakı fəaliyyətinə uğursuz başlanğıc etdiyini yazıblar.

Bildirilib ki, sentyabrın 23-də Naxçıvan klubunun “sükanı arxasına” keçən Maksimov komandanı Misli Premyer Liqasında 3 oyuna çıxarıb. Onun rəhbərliyi altında komanda həm “Kəpəz”ə (0:2), həm “Sumqayıt”a (1:2), həm də “Qəbələ”yə (1:2) məğlub olub.

Ukraynalıların fikrincə, nəticələr bu cür davam edəcəyi təqdirdə, “Araz-Naxçıvan”ın mövsümün gedişində yenidən baş məşqçi dəyişikliyinə getməsi istisna edilmir: “Komanda ilk 9 turda cəmi 2 xal toplayıb və sonuncu pillədədir. “Araz-Naxçıvan” hazırda yüksək liqanı tərk etməyə ən real namizəd kimi göstərilir. Görünür, Maksimov da orada heç nəyi dəyişə bilmir. Bu üzdən rəhbərlik va-banka gedib yenidən baş məşqçi dəyişikliyi edə bilər”.

Qeyd edək ki, Yuri Maksimov 2017-18 mövsümündə ölkəmizdə “Keşlə”ni (hazırkı “Şamaxı”) çalışdırıb. Komanda həmin vaxt onun rəhbərliyi altında Azərbayan Kubokunu qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest