"Santos" klubunun hücumçusu Neymar karyerasının zirvə nöqtəsi olaraq "Barselona" və əfsanəvi "MSN" dövrünü deyil, PSJ-də keçirdiyi illəri göstərib.

"Mənim üçün ən yaxşı dövr PSJ-də, kluba ilk qoşulduğum vaxtlar idi. İnsanlar haqlı olaraq “Barselona”dakı illərimi və “MSN” üçlüyü ilə qazandığımız uğurları xatırlayırlar. Lakin düşünürəm ki, Neymarın ən yaxşı versiyası məhz PSJ-də ortaya çıxdı. Həmin vaxt gücümü, sürətimi və zəkamı tam şəkildə işə sala bildim, meydandakı hər incəliyi dərindən anlamağa başladım"-  deyə, braziliyalı futbolçu bildirib.

Qeyd edək ki, Neymar "Barselona"nın heyətində keçirdiyi 186 oyunda 105 qol və 76 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ-də isə o, 173 matçda iştirak edərək 118 qol vurub və 80 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest