"Arsenal"ın müdafiədə böyük problemləri var. Müdafiə də hücumdan başlayır. Yayda komandanı tərk edən hücum oyunçularını əvəz edənlər lazımi qədər müdafiəyə kömək etmirlər". Matc.az saytının məlumatına görə, bunu Rusiya millisinin sabiq baş məşqçisi Yevgeni Lovçev deyib.

70 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Tula "Arsenal"ının Avropa Liqasındakı çıxışını dəyərləndirib. Lovçev Rusiya klubunun II təsnifat mərhələsində "Neftçi" ilə keçirdiyi oyuna da münasibət bildirib: "Müdafiə ilə hücum xətti arasında əlaqənin olmaması ucbatından "Arsenal" son iki çempionat matçının hər birində 3 qol buraxıb. Həmçinin Avropa Liqasında da "Neftçi" ilə oyunları oldu. Həmin matçda hesab 0:1-dən pis ola bilərdi. Hazırkı hesab da növbəti mərhələyə vəsiqə üçün böyük ümid vəd etmir. Görünür, "Arsenal" ötən mövsüm başından yuxarı tullanmışdı. Bu komanda indi "Rostov"dan da nəzərə çarpacaq dərəcədə zəifdi".

Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında cavab oyunu avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest