Barselona Dortmund "Borussiyası"nın hücumçusu Seru Girassi ilə maraqlanıb.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, kataloniyalıların idman direktoru Deku bu yaxınlarda Qvineya millisinin 30 yaşlı oyunçusu ilə bağlı sorğu göndərib. Ancaq Girassinin illik təxminən 10 milyon avro təşkil edən maaşı səbəbindən potensial keçid baş tutmayıb.

"Barselona" klubu bu məbləği maaş büdcəsi üçün həddindən artıq yüksək hesab edir. Bununla belə, hücumçunun sərbəstqalma məbləği təxminən 50 milyon avrodur.

Girassi ötən mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə çıxış etdiyi 46 matçda 22 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest