"Qarabağ" - "Tvente" matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq.
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda Niderlandın "Tvente" klubuna qarşı keçirəcəyi matçın başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq.
Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qərar oyunöncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib.
Klub azarkeşlərdən biletləri əvvəlcədən əldə etmələrini xahiş edib.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək.



_1787655193.jpg)









