Türkiyə milllisi və "Yuventus"un vingeri Kenan Yıldız A Seriyasının Ii turunda "Frozinone"yə qarşı keçirilən matçda (1:0) ciddi zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Bildirilir ki, 21 yaşlı türkiyəli futbolçunun sol ayaq daraq sümüyü sınıb və o, qarşılaşmanın 69-cu dəqiqəsində Ceremi Boqa ilə əvəzlənib.

Müayinə futbolçunun cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu göstərib. Yıldızın bərpa prosesinin təxminən 3 ay çəkəcəyi gözlənilir.

Türkiyəli hücumçu ötən mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 47 matça çıxıb, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 75 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest