İngiltərənin “Bornmut” klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Liverpul”dan Harri Uilsonu heyətinə qatıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uilson 2019/20 mövsümünü icarə əsasında “Bornmut”da keçirəcək.
 
“Liverpul”un yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi, Uels millisinin də şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest