"Real"ın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda "İnter" üzərində qazanılan qələbədən (2:1) sonra jurnalistə istehza ilə cavab verib.

Matc.az xəbər verir ki, Mourinyonun mətbuat konfransındakı maraqlı dialoqu idman mediasının gündəminə düşüb.

Reportyor portuqaliyalı mütəxəssisə bu sözlərlə müraciət edib: "İlk növbədə, sizi yenidən burada, Çempionlar Liqasında görmək xoşdur. Elə bir hiss var ki, sanki siz heç getməmişdiniz".

Təcrübəli baş məşqçi isə  gülümsəyərək xanım jurnalistin səhvini düzəldib: "Mən ötən mövsüm burada "Benfika" ilə oynamışdım".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest