"Keşlə" yeni mövsüm öncəsi növbəti transferini rəsmiləşdirib. Lorenzo Frutos paytaxt klubu ilə anlaşıb. Tərəflər arasında artıq sözləşmə də imzalanıb. Belə ki, paraqvaylı hücumçu 2020-ci ilin yayına qədər bakılılara məxsus olacaq.

"Keşlə" yeni mövsüm öncəsi növbəti transferini rəsmiləşdirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lorenzo Frutos paytaxt klubu ilə anlaşıb.

Tərəflər arasında artıq sözləşmə də imzalanıb. Belə ki, paraqvaylı hücumçu 2020-ci ilin yayına qədər bakılılara məxsus olacaq.

Qeyd edək ki, 1989-cı il təvəllüdlü Lorenzo Frutosun son klubu Venesuela təmsilçisi "Deportivo Lara" olub. Bununla yanaşı, o, Paraqvayın "Sol de América", "Rubio Nu", "İndependyente" və Salvadorun "Santa Tecla" klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest