UEFA Millətlər Liqasında II turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha 8 qarşılaşma baş tutub.

A Liqasının birinci qrupunda Fransa millisi çətin Belçika səfərindən tək qollu qələbə ilə dönməyi bacarıb – 1:0. Qrupun digər oyununda isə İtaliya yığması səfərdə Türkiyəni 4:1 hesabı ilə darmadağın edərək gecənin ən böyük hesablı qələbəsinə imza atıb.

B Liqasının ikinci qrupunda isə qol səsi çıxmayıb. Gürcüstan millisi öz meydanında Ukrayna yığması ilə xalları yarı bölüb – 0:0. Qrupun digər qarşılaşmasında isə Şimali İrlandiya komandası doğma publika önündə Macarıstan yığması ilə qolsuz bərabərliyə razı olub – 0:0.

B Liqasının dördüncü qrupunda isə İsveç millisi öz evində Polşanı iki top fərqi ilə inamlı şəkildə üstələyib – 3:1. Qrupun digər qarşılaşmasında isə Bosniya və Herseqovina yığması çətin Rumıniya səfərindən 4:2 hesablı məhsuldar qələbə ilə ayrılmağı bacarıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, II tur
28 sentyabr

B Liqası, II Qrup

Gürcüstan – Ukrayna - 0:0

Şimali İrlandiya – Macarıstan - 0:0

C Liqası, II Qrup

Ermənistan – Monteneqro - 2:3
Qollar:
Artur Serobyan, 34; Eduard Spertsyan, 65 // Erik Piloyan, 20-öz qapısına; Nikola Krstoviç, 38; Aleksa Latkoviç, 89

Latviya – Kipr - 0:0

A Liqası, I Qrup

Belçika – Fransa - 0:1
Qol:
Maykl Olise, 88

Türkiyə – İtaliya - 1:4
Qollar:
Barış Alpər Yılmaz, 47 // Alessandro Bastoni, 9; Davide Frattezi, 22; Maykl Kayode, 27; Pio Espozito, 50

B Liqası, IV Qrup

İsveç – Polşa - 3:1
Qollar:
Benjamin Nyuren, 8; Yasin Ayari, 64; Viktor Dyokereş, 72 // Sebastian Şimanski, 43

Rumıniya – Bosniya və Herseqovina - 2:4
Qollar:
Daniel Bırligea, 28; Aleksandru Çikıldau, 62 // Armin Giqoviç, 12; Tarik Muharemoviç, 19; Haris Tabakoviç, 40; Ermin Mahmiç, 55

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest