Madrid "Real"ının və Braziliya millisinin mərkəz müdafiəçisi Eder Militao zədədən sonra bərpa olunmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Bildirilir ki, sentyabrın 28-də, bazar ertəsi günü braziliyalı futbolçu uzun fasilədən sonra əsas komanda ilə qismən məşq edib. Sol ayağının vətərinin yırtılması səbəbindən aprelin 21-dən bəri meydana çıxmayan müdafiəçi əməliyyat olunub və bu səbəbdən dünya çempionatını da buraxıb.

Joze Mourinyonun rəhbərlik etdiyi məşqçilər korpusunun onun qayıdışına ehtiyatla yanaşacağı və oyunçunu tədricən heyətə cəlb edəcəyi qeyd olunur.

Ötən mövsüm Militao "Real"ın heyətində bütün turnirlərdə 21 matçda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest