"Qarabağ"ın hücumçusu Mahir Emreli daha bir klubun diqqət mərkəzinə düşüb. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc forvard bu ölkədə çıxış edə bilər.

Belə ki, İspaniyanın ikinci liqa komandalarından sonra "Trabzonspor" da millimizin üzvünə göz dikib. Aleksandr Sörlotu transfer edən trabzonlular ön xətdəki rəqabəti artırmaq üçün Emrelini də heyətə qatmaqda maraqlıdı.

Qeyd edək ki, "Estremadura", "Malaqa" və "Almeriya" da Mahir Emrelini istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest