19 İyun 2026, 18:56
FUTBOL
Təcrübəli ispan yarımmüdafiəçisi Serxi Roberto azad agent statusu ilə İtaliyanın "Komo" klubundan rəsmən ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı A Seriyası təmsilçisinin mətbuat xidməti yayıb.
Tərəflər arasında iyunun sonunda başa çatacaq müqavilənin müddətinin uzadılmayacağı dəqiqləşib. İspaniyalı oyunçu 2024-cü ilin yayında "Barselona"dan ayrıldıqdan dərhal sonra İtaliya klubuna transfer olunmuşdu.
"Komo"da keçirdiyi iki mövsüm ərzində ümumilikdə 37 qarşılaşmada meydana çıxan futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, hazırda transfer dəyəri 1,4 milyon avro olan oyunçunun növbəti dayanacağının harası olacağı hələlik məlum deyil.













