"Ayaks" klubu "Monako"nun sol cinah müdafiəçisi Kayo Enrikeni heyətinə qatmaq üçün fəal işə başlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Footmercato" nəşri yayıb.

Niderland nəhəngi 28 yaşlı braziliyalı futbolçunu cari yay transfer pəncərəsində rənglərinə bağlamaq niyyətindədir. Bu keçid Amsterdam təmsilçisinə təxminən 10 milyon avroya başa gələ bilər və müqaviləyə müvafiq bonusların daxil edilməsi gözlənilir.

Müdafiəçinin vəziyyətini Braziliyanın "Flamenqo" klubu da yaxından təqib edir. Ötən mövsüm Fransa klubunun heyətində bütün rəsmi yarışlarda 34 oyuna çıxan və 2 məhsuldar ötürmə edən Kayo Enrikenin komandası ilə 2027-ci ilin iyununa qədər müqaviləsi var.

Qeyd edək ki, "Transfermarkt" portalı braziliyalı müdafiəçinin bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest