"Neftçi" klubunun rəhbərliyi ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala ilə yollarını ayırıb.

"Neftçi" klubunun rəhbərliyi ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu ayrılıq barədə rəsmi məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti ictimaiyyətə açıqlayıb.

Xatırladaq ki, Cənubi amerikalı futbolçu Bakı kollektivinə ötən ilin yay transfer pəncərəsində qoşulmuşdu. Təcrübəli oyunçu "ağ-qaralar"ın heyətində ümumilikdə 26 rəsmi qarşılaşmada yaşıl meydanda mübarizə aparıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest