19 İyun 2026, 19:17
FUTBOL
Azərbaycanın I və II Liqalarında reallaşan “Ayın qolu” layihəsinin qaliblərinə mükafatları təqdim olunub.
Azərbaycanın I və II Liqalarında reallaşan “Ayın qolu” layihəsinin qaliblərinə mükafatları təqdim olunub.
Matc.az xəbər verir ki, II Liqa təmsilçisi "Göygöl"ün futbolçusu Taleh Hüseynzadə azarkeşlərin səsverməsində hamını geridə qoyaraq fəxri ada layiq görülüb.
Digər turnirdə – I Liqada isə "Mingəçevir" klubunun üzvü Elmin Bayramov vurduğu baxımlı qolla bu mükafata sahib çıxmağı bacarıb.
Peşəkar Futbol Liqasının inzibati binasında baş tutan tədbirdə qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev hər iki oyunçuya xüsusi mükafatları təqdim edərək onlara uğurlar arzulayıb.













