Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İsrailin Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda keçiriləcək "Bney Yehuda” – "Neftçi” oyunu öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Matc.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Roberto Bordinin və futbolçu braziliyalı Dario Frederikonun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir sabah "Ha Moşava” stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə 20:30-da başlayacaq. Konfransdan sonra, saat 21:00-da "ağ-qaralar"ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Həmin gün "Bney Yehuda”nın baş məşqçisi Yossi Abukasisin də mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans Bakı vaxtı ilə saat 18:30-da, məşq isə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək "Bney Yehuda” – "Neftçi” görüşü Bakı vaxtı ilə 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest