Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsində "LASK Linz" (Avstriya) - "Bazel" (İsveçrə) görüşünü idarə edib. "Linzer" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin qalibiyyəti ilə nəticələnib.

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsində "LASK Linz" (Avstriya) - "Bazel" (İsveçrə) görüşünü idarə edib. Matc.az saytının məlumatına görə, "Linzer" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin qalibiyyəti ilə nəticələnib.

Səfərdə 2:1 hesablı qələbə qazanan avstriyalılar doğma meydanda da 3:1 hesablı üstünlük əldə edərək, pley-off mərhələsinə yüksəlib. Ağayev qarşılaşmada 35 dəfə kobudluq qeydə alıb. Bunlardan 20-ni ev sahibləri, 15-ni qonaqlar edib.

Referi bunun fonunda cəmi 2 dəfə əlini cibinə atıb və hər komandadan bir futbolçuya sarı vərəqə göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest