Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ni qəbul edəcək "Bney Yehuda"nın zədəli futbolçularının durumuna aydınlıq gəlib. Amit Zenati cavab görüşünü buraxmalı olacaq. Ondan fərqli Paz Ben Ari və Eitan Velblumun vəziyyəti ürəkaçandı.

Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ni qəbul edəcək "Bney Yehuda"nın zədəli futbolçularının durumuna aydınlıq gəlib. Matc.az saytının İsrail mətbuatına istinadən məlumatına görə, Amit Zenati cavab görüşünü buraxmalı olacaq.

Ondan fərqli Paz Ben Ari və Eitan Velblumun vəziyyəti ürəkaçandı və onlar "18-liy"ə salına bilərlər.

İsrail mətbuatı baş məşqçi Yossi Abukasisin start heyətində heç bir dəyişiklik etməyəcəyini vurğulayıb. Komanda Bakıdakı "11-lik"lə meydana çıxacaq və yenə 5-li müdafiə sistemi ilə çıxış edəcək.

Qeyd edək ki, sabah Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bakıdakı ilk matçda qollu bərabərlik (2:2) qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest