"Baş məşqçi Yossi Abukasislə görüşdə "Neftçi"yə qarşı Bakıdakı matçın videosunu izlədik, təhlilini apardıq". Bunu "Bney Yehuda"nın müdafiəçisi Din Mori deyib. İsrail millisinin üzvü baş məşqçinin tapşırıqlarına əməl etməyə çalışacaqlarını vurğulayıb.

"Baş məşqçi Yossi Abukasislə görüşdə "Neftçi"yə qarşı Bakıdakı matçın videosunu izlədik, təhlilini apardıq". Matc.az saytının məlumatına görə, bunu "Bney Yehuda"nın müdafiəçisi Din Mori deyib.

İsrail təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah "Neftçi"ni qəbul edəcək. 31 yaşlı müdafiəçi ilk görüşdəki 2:2 hesabının onları ümidləndirdiyini söyləyib.

İsrail millisinin üzvü baş məşqçinin tapşırıqlarına əməl etməyə çalışacaqlarını vurğulayıb: "Abukasis bizdən bir-birimizə daha yaxın oynamağı, komplekt şəkildə çıxış etməyi və konsentrasiyanı ikiqat artırmağı tələb etdi. O bildirdi ki, indi bizdən daha çox şey gözləyirlər və olduqca vacib matça çıxacağıq. Ağıllı oynasaq, "Neftçi"ni büdrədə bilərik".

Qeyd edək ki, Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest