AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Uels yığmasının yeni kapitanı müəyyənləşib. Bunu komandanın baş məşqçisi Rayan Giqqz açıqlayıb. Giqqz 35 yaşlı Eşli Uilyamsın xidmətinə artıq ehtiyac duymur.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Uels yığmasının yeni kapitanı müəyyənləşib. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bunu komandanın baş məşqçisi Rayan Giqqz açıqlayıb.

Giqqz 35 yaşlı Eşli Uilyamsın xidmətinə artıq ehtiyac duymur. Baş məşqçi bundan sonra komadanın əsas kapitanı Qaret Beylin olacağını söyləyib. Bu isə o deməkdi ki, Giqqz əsas kapitan kimi ilk matçını gələn ay millimizə qarşı keçirəcək.

Qeyd edək ki, Uels sentyabrın 6-da Azərbaycanı, dörd gün sonra isə yoldaşlıq görüşü çərçivəsində Belarusu qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest