Qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi 4-cü görüşünə çıxıb.
Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan Covanni Kapraranın yetirmələri bu gün Estoniya ilə üz-üzə gəlib. İlk 3 turda 5 xal toplayan millimiz hələ də xalsız qalan autsayder Estoniya qarşısında aşkar favorit idi. Amma voleybolçularımız tay-brekə qədər uzanan bu görüşdən çətin qələbə ilə ayrılıblar.
Bu qələbə sayəsində Azərbaycan yığması son turun nəticəsindən asılı olmayaraq, qrupda ilk dördlüyə düşməyi, dolayısı ilə pley-offa vəsiqəni təmin edib.
Qrupun digər görüşündə Xorvatiya ilə Macarıstan qarşılaşıb. Xorvatlar bu oyundan qələbə ilə ayrılıblar - 3:0.
Avropa çempionatı
Qrup mərhələsi, IV tur
28 avqust
Azərbaycan - Estoniya - 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:11)
Qeyd edək ki, qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaq. çempionatda ilk 7 yerin sahibləri Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Yarışın qalibi isə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
1 |
Hollandiya |
4 |
4 |
0 |
12-0 |
300-206 |
12 |
2 |
Xorvatiya |
5 |
3 |
2 |
11-8 |
443-422 |
10 |
3 |
Azərbaycan |
4 |
3 |
1 |
9-7 |
351-338 |
7 |
4 |
Rumıniya |
4 |
2 |
2 |
7-8 |
336-362 |
6 |
5 |
Macarıstan |
4 |
1 |
3 |
4-9 |
303-304 |
3 |
6 |
Estoniya |
5 |
0 |
5 |
4-15 |
360-461 |
1 |